Səudiyyə Ərəbistanı İrana uçuşları dayandırdı
Digər ölkələr
- 22 fevral, 2020
- 06:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Səudiyyə Ərəbistanı İranda yeni koronavirusun (COVİD-19) yayılması ilə əlaqədar vətəndaşlarına və ölkədə yaşayan əcnəbilərə xəbərdarlıq edib.
"Report" SPA-ya istinadən xəbər verir ki, rəsmi Ər-Riyad İranda səfərdə olmuş Səudiyyə Ərəbistanı vətəndaşları istisna olmaqla, digər ölkə vətəndaşlarının ərazisinə girişini yasaqlayıb. Həmin şəxslərin yalnız İranı tərk etdikdən 14 gün sonra Səudiyyə Ərəbistanına girişinə icazə veriləcəyi bildirilib.
Səudiyyə Ərəbistanı hökuməti həmçinin İrana aviareyslərin təxirə salındığını da açıqlayıb. Bundan əvvəl Küveyt, İraq və Əfqanıstan da oxşar addımları atmışdı.
Qeyd edək ki, İranda 18 nəfərə koronavirus diaqnozu qoyulub, onlardan 5-i ölüb.
Son xəbərlər
02:31
Tramp Braziliyada prezident seçkilərinin nəticələrinə şübhə ilə yanaşıb
Digər ölkələr
02:03
Fransa Rumıniyanın müraciəti ilə Qara dəniz üzərində kəşfiyyat uçuşları həyata keçirəcək
Digər ölkələr
01:33
CNN Brasil: Bolsonaru ailəsi ilə birlikdə Braziliyadan qaçaraq ABŞ-yə gedib – Yenilənib
Digər ölkələr
01:16
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
Digər ölkələr
00:38
"Qarabağ" Abbas Hüseynovla yollarını ayırıb
Futbol
00:35
Haitidə daşqın nəticəsində azı 4 nəfər ölüb
Digər ölkələr
00:27
Netanyahu partiyası seçkilərdə liderdir, lakin koalisiya çoxluğu qazana bilmir
Digər ölkələr
00:04
Foto
Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan birinciliklərinə start verilib
Fərdi
00:00
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
Daxili siyasət