Səudiyyə Ərəbistanı Ər-Riyad üzərində ballistik raketi vurub

Səudiyyə Ərəbistanı Ər-Riyad üzərində ballistik raketi vurub Hücumun qarşısını vaxtında almaq mümkün olub
Digər ölkələr
5 Noyabr , 2017 02:21
Səudiyyə Ərəbistanı Ər-Riyad üzərində ballistik raketi vurub

Bakı. 5 noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə Qüvvələri Ər-Riyadın şimal-şərqində ballistik raketi məhv edib.

"Report"un məlumatına görə, bu barədə "Əl-Ərəbiyyə" xəbər verib.

Telekanalın məlumatına görə, raketi Yəmən ərazisindən üsyançılar buraxıb.

Qeyd edilir ki, hücumun qarşısını vaxtında almaq mümkün olub. Əhali arasında zərərçəkən yoxdur. 

Hazırda Ər-Riyad Beynəlxalq Hava Limanı ştat rejimində işləyir.

Son xəbərlər

Orphus sistemi