Səudiyyə Ərəbistanı ABŞ-ın onun təyyarələrini havada yanacaqla doldurmasından imtina edib

Səudiyyə Ərəbistanı ABŞ-ın onun təyyarələrini havada yanacaqla doldurmasından imtina edib Bakı. 10 noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı başçılıq etdiyi koalisiya təyyarələrinin Amerika hərbçilərinin köməkliyi ilə havada yanacaqla doldurulmasından imtina edib.
Digər ölkələr
10 Noyabr , 2018 06:55
Səudiyyə Ərəbistanı ABŞ-ın onun təyyarələrini havada yanacaqla doldurmasından imtina edib

Bakı. 10 noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı başçılıq etdiyi koalisiya təyyarələrinin Amerika hərbçilərinin köməkliyi ilə havada yanacaqla doldurulmasından imtina edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Səudiyyə informasiya agentliyi məlumat yayıb.

"Səudiyyə Ərəbistanı Krallığı və koalisiya dövlətlərinin öz hərbi potensiallarının inkişafı və möhkəmləndirilməsi üzrə səyləri sayəsində havada özünü yanacaqla təmin etmək imkanlarını artırmaq mümkün oldu. Bunu nəzərə alaraq və ABŞ-la məsləhətləşmələrdən sonra koalisiya Amerika tərəfindən Yəməndə təyyarələri havada yanacaqla təmin etmək üçün öz hava gəmilərini göndərməyi dayandırmasını xahiş edir", - deyə məlumatda bildirilir.

"Reuters"in rəsmi şəxslərə istinadən verdiyi məlumata görə, ABŞ öz növbəsində bu xahişi dəstəkləyib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bu ilin avqustunda Səudiyyə Ərəbistanının başçıqlıq etdiyi koalisiya tərəfindən Yəməndə uşaqlarla dolu avtobusun atəşə tutulmasını kəskin şəkildə şərh edərək, baş vermiş hadisəni faciə adlandırıb.

Son xəbərlər

Orphus sistemi