Yuxarı

​Sərxoş traktor sürücüsü post-patrul maşınını əzməyə çalışıb - VİDEO

Traktor az qala bir neçə nəfəri vurub, onlar arasında uşaqlar da olub

Bakı. 31 iyul. REPORT.AZ/ Komsomolsk-na-Amure şəhərinin sakini traktorla post-patrul maşınının "yarışı"nın videogörüntüsünü yayıb. Sərxoş sürücü tərəfindən idarə olunan traktor xaotik olaraq küçədə hərəkət edərək insanlar və digər nəqliyyat vasitələri üçün real təhlükə yaradıb.

"Report"un "AmurMedia" İnformasiya Agentliyinə istinadən verdiyi xəbərə görə, traktor az qala bir neçə nəfəri vurub. Onlar arasında uşaqlar da olub. Hadisədən vahimələnən uşaqlar polisə müraciət edib.

Hadisə yerinə gələn polislər qanunu pozan traktor sürücüsünü sakitləşdirməyə çalışıb və onu izləməyə başlayıblar. Təslim olmağı düşünməyən sürücü post-patrul maşınını əzməyə çalışsa da, buna müvəffəq ola bilməyib. 



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi