Bakı. 19 dekabr. REPORT.AZ/ "Avropa Komissiyası Böyük Britaniyanın
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Brüssel şəhərində (Belçika) keçirdiyi mətbuat konfransında Aİ-nin avro və sosial dialoq komissarı Valdis Dombrovskis bildirib.
“Böyük Britaniyanın İttifaqdan çıxmasını yumşaltmaq üçün 14 təcili tədbirdən ibarət plan qəbul etmişik”, - deyə komissar qeyd edib.
Xatırladaq ki, dekabrın 13-14-də keçirilən Aİ zirvə görüşü zamanı Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker sazişin Böyük Britaniyada təsdiqlənməsilə bağlı çətinlikləri nəzərə alaraq, Aİ-nin “Sərt Brexit” variantına hazırlığı sürətləndirdiyini, yaxın vaxtlarda müvafiq plan dərc etdirəcəklərini bildirmişdi.
Daha əvvəl Böyük Britaniya hökuməti Aİ üzvlüyünü yekun saziş imzalamadan tərk etmək üçün hazırlıqları sürətləndirmişdi.