Şərqi Gutada humanitar əməliyyat bir neçə gün ərzində tamamlanacaq

Digər ölkələr
  • 04 aprel, 2018
  • 10:06
Şərqi Gutada humanitar əməliyyat bir neçə gün ərzində tamamlanacaq
РИА Новости / Борис Милованов

Bakı. 4 aprel. REPORT.AZ/ Suriyanın Şərqi Guta bölgəsində humanitar əməliyyat bir neçə gün ərzində tamamlanacaq.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi, general-polkovnik Sergey Rudskoy məlumat verib.

O, beynəlxalq təhlükəsizlik üzrə Moskva konfransında çıxışı zamanı bildirib ki, bir neçə gün əvvəl humanitar dəhlizlə Şərqi Gutadan çıxarılan qaçqınlar artıq bölgəyə geri qayıdırlar.

Onun sözlərinə görə, tərəflərin barışdırılması üzrə Rusiya mərkəzi Suriya hökuməti ilə birlikdə 156 620 nəfəri bölgədən çıxarıb.