Yuxarı
    Bağlamaq

    Sergey Narışkin: Rusiya Avropa Şurası üzvlüyündən imtina edə bilər

    Top artıq AŞPA-nın tərəfindədir

    BAKI. 30 yanvar. REPORT.AZ/ Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin bəyan edib ki, rəsmi Moskva Avropa Şurası üzvlüyündən imtina edə bilər.

    "Report" xəbər verir ki, bu axşam Rusiya telekanallarına müsahibə verən N. Narışkin bildirib ki, AŞPA-daki üzvlük məsələsi hələlik gündəlikdə olmasa da, bu addımı istisna etmək olmaz.

    Avropa Şurası Parlament Assambleyasındaki (AŞPA) Rusiya nümayəndə heyətinə qarşı tətbiq edilmiş sanksiyalar mövzusunu şərh edən Duma sədri deyib: "AŞPA-nın bu addımı bizi çox məyyus etdi. 2015-ci ildə bu struktur ilə heç bir müzakirə aparılmayacaq. Gələn il isə Rusiyanın üzvlüyü məsələsi gündəmə gələ bilər. Bu haqda hələlik danışmırıq. Ancaq belə bir qərarın qəbulu mümkündür. Top artıq AŞPA-nın tərəfindədir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi