Sergey Lavrov: “Suriya məsələsi ilə bağlı ABŞ-dan izahat gözləyirik”

Sergey Lavrov: “Suriya məsələsi ilə bağlı ABŞ-dan izahat gözləyirik” Rusiyanın XİN başçısı: “Vaşinqton Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasını istəmir”
Digər ölkələr
15 Yanvar , 2018 14:03
Sergey Lavrov: “Suriya məsələsi ilə bağlı ABŞ-dan izahat gözləyirik”

Bakı. 15 yanvar. REPORT.AZ/ “ABŞ Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasını istəmir”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin 2017-ci ildə diplomatiya sahəsində gördüyü işlərin yekunlarına həsr edilən mətbuat konfransında bildirib.

O deyib ki, yanvarın 14-də ABŞ “Suriya Demokratik Qüvvələri”nə (terrorçu PKK-nın Suriyadakı YPG və PYD adlı qollarından ibarət) yardım edərək, onlardan “sərhəd təhlükəsizliyi” qüvvələri yaratmaq planını açıqlayıb: “Böyük ehtimalla bu qüvvələr vasitəsilə Suriyanın Türkiyə və İraqla sərhədinə nəzarət edəcəklər. Həmin ərazi hazırda “Suriya Demokratik Qüvvələri”nin nəzarəti altındadır. Ancaq orada kürdlərlə ərəblər arasında münsaibətlər çox gərgindir. Həmin əraziyə 30 min nəfərlik qüvvənin ABŞ-ın rəhbərliyi altında nəzarət edəcəyi elan olunub. Bu,  Suriyanın ərazisinin bölünməsi baxımından çox cidd və təhlükəli məsələdir. Türkiyə və İrandan olan həmkarlarımız, eləcə də başqaları kimi, biz də bununla bağlı ABŞ-dan uyğun izahat gözləyirik”. 

Son xəbərlər

Orphus sistemi