Bakı. 5 dekabr. REPORT.AZ/ Serbiyanın energetika naziri Aleksandr Antiç canlı yayımda çıxış edərkən xoşagəlməz hadisə ilə üzləşib.
"Report" xəbər verir ki, insident nazirin elektrik xəttləri ilə bağlı bərpa işlərinin aparıldığı Borski dairəsinə daxil olan Maydanpekə (icma) təftiş səfəri zamanı baş verib.
Dövlət məmuru səfəri zamanı jurnalistlər qarşısında çıxış edib. Bu zaman onun başına ağacdan qopan buz lüləsi düşüb. Xoşbəxtlikdən nazirin başında kaska olub və bu, onu az qala ölümdən xilas edib. Bununla belə, məmur çıxışını kəsməyib və bu çətin şəraitdə işləyən energetiklərə dərin rəğbət bəslədiyini bildirib.