Serbiyada atışmada iştirak edənlər saxlandılar

Serbiyada atışmada iştirak edənlər saxlandılar Serbiya polisi ölkədə baş vermiş atışma zamanı 1 nəfərin qətlində, daha 1 nəfərin yaralanmasında şübhəli bilinən 3 nəfəri həbs edib.
Digər ölkələr
6 Sentyabr , 2020 02:06
Serbiyada atışmada iştirak edənlər saxlandılar

Serbiya polisi ölkədə baş vermiş atışma zamanı 1 nəfərin qətlində, daha 1 nəfərin yaralanmasında şübhəli bilinən 3 nəfəri həbs edib.

“Report” xəbər verir ki, bu barədə ölkənin RTS telekanalı məlumat yayıb.

Qeyd edilir ki, şübhəli şəxslər polisin keçirdiyi xüsusi əməliyyat zamanı yaxalanıblar. Polis hesab edir ki, məhz onlar Vojdovaç rayonunda silahlı insident törədiblər.

“Tanyuq” agentliyi isə bildirib ki, atışma “Çrvena zvezda” stadionunun yaxınlığında baş verib. Hadisə zamanı 1 nəfər ölüb, daha 1 nəfər ağır yaralanıb.

Faktla bağlı cinayət işi qaldırılıb, təhqiqat aparılır.

Son xəbərlər

Orphus sistemi