Serbiya Prezidenti və Kosovo Baş naziri Vaşinqtonda müqavilə imzalayacaq

Serbiya Prezidenti və Kosovo Baş naziri Vaşinqtonda müqavilə imzalayacaq Bu, ABŞ prezidentinin cümə günü cədvəlində göstərilib.
Digər ölkələr
4 Sentyabr , 2020 10:52
Serbiya Prezidenti və Kosovo Baş naziri Vaşinqtonda müqavilə imzalayacaq

Serbiya Prezidenti Aleksandar Vuçiç və tanınmayan Kosovanın Baş naziri Avdulah Hoti sentyabrın 4-də Ağ Evdə ABŞ lideri Donald Trampın iştirakı ilə mahiyyəti açıqlanmayan müqavilələrin imzalanması mərasimində iştirak edəcəklər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu, ABŞ prezidentinin cümə günü üçün cədvəlində göstərilib.

Ağ Ev Vuçiç və Hotinin hansı sənədi imzalayacağını açıqlamayıb. Digər tərəfdən, Serbiya lideri cümə axşamı cümə günü səhərə qədər Kosovo ilə iqtisadi sahədə razılaşmalar əldə olunacağına ümid etdiyini bildirib.

Mərasim dövlət başçısının rəsmi iqamətgahının Qərb qanadında yerləşən Ruzvelt otağında, məhdud sayda Ağ Ev jurnalistinin iştirakı ilə keçiriləcək. Ardından Tramp, Vuçiç və Hoti Oval kabinetdə üçtərəfli danışıqlarda iştirak edəcəklər.

Bundan əvvəl Vuçiç Serbiya nümayəndə heyətinin Vaşinqtondakı danışıqlar zamanı Kosovonun müstəqilliyini tanımaqdan imtina etdiyini söyləmişdi. Serbiya prezidenti görüş zamanı iqtisadiyyat, Belqrad və Priştinanı birləşdirən infrastruktur layihələri, inkişaf agentlikləri vasitəsilə verilən kreditlər və Belqradda Amerika İnkişaf Fondunun ofisinin açılması məsələlərini müzakirə etdiklərini söyləyib. Həmçinin Priştininin ABŞ zəmanəti altında Balkan İqtisadi Birliyinə (kiçik Şengenə) qoşulması məsələsi də müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi