Seneqalda hərbi vertolyot qəzaya uğrayıb, 6 nəfər ölüb, 14 yaralı var

Seneqalda hərbi vertolyot qəzaya uğrayıb, 6 nəfər ölüb, 14 yaralı var Hadisə martın 14-nə keçən gecə Tambakunda dairəsi ərazisində qeydə alınıb
Digər ölkələr
15 Mart , 2018 05:54
Seneqalda hərbi vertolyot qəzaya uğrayıb, 6 nəfər ölüb, 14 yaralı var

Bakı. 15 mart. REPORT.AZ/ Seneqalın cənubunda hərbi vertolyot qəzaya uğrayıb.

“Report” xəbər verir ki, ilkin ehtimallara görə, qəza nəticəsində 6 nəfər ölüb, daha 14 nəfər yaralanıb.

Hadisə martın 14-nə keçən gecə Tambakunda dairəsi ərazisində qeydə alınıb.

TASS xarici KİV-ə istinadən xəbər verir ki, vertolyot manqo sahələrinə düşüb.

Hava gəmisinin göyərtəsində 20 nəfər olub. İlk yeddi xəsarət alan şəxsi yerli sakinlər xilas ediblər. Üç nəfərin ağır vəziyyətdə olduğu bildirilir.

Hazırda hadisə yerində xilasetmə xidmətləri işləyir, aviaqəzanın baş verdiyi şərait araşdırılır.

Son xəbərlər

Orphus sistemi