Seneqal ordusu Qambiyaya daxil olub

Seneqal ordusu Qambiyaya daxil olub Bunu Seneqal hərbçiləri bəyan ediblər
Digər ölkələr
19 Yanvar , 2017 23:58
Seneqal ordusu Qambiyaya daxil olub

Bakı. 19 yanvar. REPORT.AZ/ Seneqal hərbçiləri hakimiyyətin ölkənin yeni seçilmiş prezidenti Adama Barrouya təhvil verilməsinin təmin edilməsi məqsədi ilə Qambiya ərazisinə daxil olduqlarını bəyan ediblər.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"Biz Qambiyaya girdik", - deyə nəşr Seneqal Silahlı Qüvvələrinin nümayəndəsi polkovnik Abdu Ndiayenin sözlərini sitat gətirir.

Bir müddət əvvəl BMT Təhlükəsizlik Şurası Seneqalın Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinə (QADİB) Qambiyada səlahiyyətlərin yeni prezidentə təhvil verilməsinə əmin olmaq üçün "lazımi tədbirlər görmək" imkanı verməsinə dair təqdim etdiyi qətnaməni qəbul edib. Şuranın 15 üzvünün hamısı sənədi təsdiq edib.

Qambiyanın yeni seçilmiş dövlət başçısı Adama Barrou rəsmi olaraq vəzifəsinin icrasına başlayıb. Onun andiçmə mərasimi Qambiyanın Seneqalın paytaxtı Dakardakı səfirliyində baş tutub. Mərasim zamanı Qambiya ərazisi üzərində Nigeriya Hərbi Hava Qüvvələrinin kəşfiyyat təyyarələri uçuş edib.

Qambiyada siyasi böhran 2016-ci ilin dekabr ayının sonlarında ölkə prezidenti Yəhya Cammenin seçkilərin nəticələrini tanımadığını bəyan etməsindən və postunu tərk etmək istəməməsindən sonra başlayıb.

Son xəbərlər

Orphus sistemi