​Senatorlar Braziliya prezidentinə etimadsızlıq göstərib

Digər ölkələr
  • 12 may, 2016
  • 09:13
​Senatorlar Braziliya prezidentinə etimadsızlıq göstərib

Bakı. 12 may. REPORT.AZ/ Braziliya prezidenti Dilma Rousseffin 180 gün müddətinə tutduğu vəzifədən azad edilməsi ilə bağlı impiçmentin lehinə 81 senatordan 55-i səs verib. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, senatorların 22-si isə qərarın əleyhinə olub.

Qeyd edək ki, müxalifəti təmsil edən deputatlar prezidentin vergi qanununun pozulmasında iştirak etməkdə və öz seçkisinin maliyyələşdirilməsində dövlət vəsaitindən yararlanmaqda ittiham edirlər.

44 filmi