Senator: "Çin cəzalandırılmalıdır"
Digər ölkələr
- 11 aprel, 2020
- 07:49
Lindsi Qrem
“Pandemiyaya səbəb Çin hakimiyyəti və onun məsuliyyətsiz davranışıdır”.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ senatoru Lindsi Qrem “Fox News”ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu, Çindən yayılan 3-cü xəstəlikdir: “ABŞ Çini davranışını dəyişməyə məcbur etməlidir. Koronavirusa görə amerikalıların ölümünə, işsizliyə görə Çin məsuliyyət daşıyır. Borclarımın bir hissəsini Çinin hesabına yazılmasını istəyirəm. Onlar bizə ödəməlidir, biz onlara deyil”.
Senator hesab edir ki, gələcəkdə belə hadislərin baş verməməsi üçün Çini elə sərt cəzalandırmaq lazımdır.
Qeyd edək ki, Con Hopkins Universiteti ABŞ-da koronavirusa 500 mində çox insanın yoluxduğu, 18 mindən çox insanın isə bu virusdan öldüyü barədə məlumat yayıb.
Son xəbərlər
10:54
PISA 2025 tədqiqatında Azərbaycandan 7 432 şagird iştirak edib
Elm və təhsil10:29
Uitkoff və Kuşner yaxın vaxtlarda Kiyev və Moskvaya səfər edəcəklər
Digər ölkələr10:25
Region teatrlarında rəhbər vəzifələr üçün müsabiqəyə 191 müraciət daxil olub
Mədəniyyət siyasəti10:21
Foto
Video
Füzulidə yanacaqdoldurma məntəqəsinin istismarı dayandırılıb
Hadisə10:18
Evren Alkaya ilə Azərbaycan Basketbol Federasiyası arasında əməkdaşlıq başa çatıb
Komanda10:11
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır
Energetika10:04
"Torino" İsveçrə millisinin müdafiəçisi Rikardo Rodrigeslə müqavilə bağlayıb
Futbol09:57
Foto
İrandan Rusiyaya aparılan marixuana Azərbaycanda saxlanılıb
Biznes09:56