Səfirlik: Yuliya Skripalın qanına kimyəvi maddə yerləşdirilə bilər

Səfirlik: Yuliya Skripalın qanına kimyəvi maddə yerləşdirilə bilər Bakı. 20 aprel. REPORT.AZ/ Rusiyanın Britaniyadakı Səfirliyi nümunə götürülməzdən əvvəl Yuliya Skripalın qanına kimyəvi maddənin yeridilməsini istisna etməyib.
Digər ölkələr
20 Aprel , 2018 06:57
Səfirlik: Yuliya Skripalın qanına kimyəvi maddə yerləşdirilə bilər

Bakı. 20 aprel. REPORT.AZ/ Rusiyanın Britaniyadakı Səfirliyi nümunə götürülməzdən əvvəl Yuliya Skripalın qanına kimyəvi maddənin yeridilməsini istisna etməyib.

"Report"un "İzvestiya.ru"ya istinadən məlumatına görə, bu barədə səfirliyin mətbuat katibi bildirib.

O, qeyd edib ki, Rusiya tərəfi yalnız Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (KSQT) məruzəsini əldə edib və Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın və qızı Yuliyanın zəhərlənməsi hadisə haqqında bütün məlumatlar əldə etmək imkanına malik deyil.

Mətbuat katibi qeyd edib ki, hadisənin necə baş verməsi haqda məlumat və Britaniya xüsusi xidmət orqanları əməkdaşlarının prosesə necə cəlb olunması barədə informasiya əldə edə bilmir. 

Son xəbərlər

Orphus sistemi