Səfir: "ABŞ Asiya-Sakit Okean regionunda Çini cilovlamaq üçün münaqişələri qızışdırır"

Səfir: "ABŞ Asiya-Sakit Okean regionunda Çini cilovlamaq üçün münaqişələri qızışdırır" "ABŞ Asiya-Sakit Okean regionunda Çini cilovlamaq üçün sülh və sabitliyi təhdid edən münaqişələri qızışdırır".
Digər ölkələr
2 Oktyabr , 2023 06:46
Səfir: ABŞ Asiya-Sakit Okean regionunda Çini cilovlamaq üçün münaqişələri qızışdırır

"ABŞ Asiya-Sakit Okean regionunda Çini cilovlamaq üçün sülh və sabitliyi təhdid edən münaqişələri qızışdırır".

"Report" xəbər verir ki, bu barədə Çinin Tailanddakı səfiri Han Çjintsyan “Bangkok Post” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Çini cilovlamaq üçün hətta regionda sülh və sabitliyi təhdid edən münaqişələr yaradılır:

"Onlar beynəlxalq iqtisadi sistemdəki üstünlüklərindən ticarət müharibələrinə başlamaq, qlobal sənaye təchizat zəncirlərini pozan və qlobal iqtisadiyyatı iflic edən texnologiya blokadaları yaratmaq üçün istifadə edirlər. ABŞ-ın Hind-Sakit okean strategiyası adlandırılan strategiya əslində Çini cilovlamaq üçün siyasi alətdir".

Diplomat qeyd edib ki, Çin xalqını daha yaxşı yaşamaq hüququndan məhrum etmək və ya Pekinin inkişafını məhdudlaşdırmaq cəhdi uğursuzluqla nəticələnəcək:

"Bunu Çinin son illərdə əldə etdiyi mühüm elmi-texniki tərəqqi sübut edir. Çin qəti şəkildə inanır ki, qalib gələn hər şeyi alır hegemonluğu tarixin axınına, bəşər cəmiyyətinin tərəqqisinə və xalqın bu regionda və bütün dünyada sülh və inkişaf istəyinə ziddir".

Son xəbərlər

Orphus sistemi