Filippində yol qəzası olub, 11 məkbətli ölüb, çox sayda yaralı var

Digər ölkələr
  • 19 iyul, 2019
  • 06:05
Filippində yol qəzası olub, 11 məkbətli ölüb, çox sayda yaralı var

Filippində yol-nəqliyyat hadisəsi nəticəsində 11 məktəbli ölüb, çox sayda yaralı var.

“Report” “RT”yə istinadən xəbər verir ki, hadisə Filippinin Sebu adasında olub.

Məktəbliləri idman tədbirinin açılışı mərasiminə aparan yük avtomobilinin sürücüsü naməlum səbəbdən idarəetməni itirib, nəticədə maşın qayalıqdan aşıb.

Hadisənin səbəbi araşdırılır, yaralılar xəstəxanaya yerləşdiriliblər. 

44 - Tezliklə