Serj Sarqsyanın qardaşı oğlunun ekstradisiyası ilə bağlı Praqaya sorğu göndərilib

Serj Sarqsyanın qardaşı oğlunun ekstradisiyası ilə bağlı Praqaya sorğu göndərilib Bakı. 23 yanvar. REPORT.AZ/ Praqa Şəhər Prokurorluğuna Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın qardaşı oğlu Narek Sarqsyanın təhvil verilməsi barədə sorğu gəlib.
Digər ölkələr
23 Yanvar , 2019 20:50
Serj Sarqsyanın qardaşı oğlunun ekstradisiyası ilə bağlı Praqaya sorğu göndərilib

Bakı. 23 yanvar. REPORT.AZ/ Praqa Şəhər Prokurorluğuna Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın qardaşı oğlu Narek Sarqsyanın təhvil verilməsi barədə sorğu gəlib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə prokurorluğun sözçüsü Aleş Tsimbala məlumat verib.

Onun sözlərinə görə, müvafiq sənədlər araşdırıldıqdan sonra ekstradisiyanın mümkün və ya qeyri-mümkünlüyünə dair təklif verə biləcəklər.

Çex Respublikası qanunlarına görə, əcnəbilərin ekstradisiyasına dair qəti qərar vermək səlahiyyəti ədliyyə nazirinə məxsusdur.

Qeyd edək ki, Praqada ötən il dekabrın 7-də saxlanılan 31 yaşlı N.Sarqisyana qarşı vətənində narkotik dövriyyəsi, qanunsuz silah saxlamaq, işgəncə vermək ittihamları irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi