Şanxayda naməlum şəxs xəstəxanaya gələnlərə hücum edib

Digər ölkələr
  • 09 iyul, 2022
  • 08:18
Şanxayda naməlum şəxs xəstəxanaya gələnlərə hücum edib

Şanxayda naməlum şəxs xəstəxanaya gələnlərə bıçaqla hücum edib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, hücum nəticəsində azı 4 nəfər xəsarət alıb. Onların həyatına təhlükənin olmadığı bildirilir.

Hadisə yerinə gələn polislərin açdığı atəş nəticəsində hücum edən şəxs yaralanıb və saxlanılıb.