San-Tome və Prinsipidə çevriliş cəhdində 5 nəfər ölüb

San-Tome və Prinsipidə çevriliş cəhdində 5 nəfər ölüb Mərkəzi Afrikanın San-Tome və Prinsipi adalarında uğursuz dövlət çevrilişi cəhdi nəticəsində azı 5 nəfər ölüb.
Digər ölkələr
27 Noyabr , 2022 05:06
San-Tome və Prinsipidə çevriliş cəhdində 5 nəfər ölüb

Mərkəzi Afrikanın San-Tome və Prinsipi adalarında uğursuz dövlət çevrilişi cəhdi nəticəsində azı 5 nəfər ölüb.

“Report” Fransanın RFI radiostansiyasına istinadən xəbər verir ki, San-Tome və Prinsipinin Baş naziri Patris Trovoada ölkədə uğursuz dövlət çevrilişi cəhdinin edildiyini bildirib.

“Bizdə olan məlumata görə, müxalifət partiyasının rəhbəri və keçmiş qiyamçı Arlesiu Koşta da daxil olmaqla azı beş nəfər ölüb”, - radiostansiya bildirib.

Çevriliş cəhdindən bu yana həm hərbçilər, həm də mülki şəxslər olmaqla onlarla adamın saxlanıldığı vurğulanıb.

Bildirilib ki, Cənubi Afrika Respublikasında yaradılan və aparteid rejiminin süqutundan sonra dağılan “Buffalo” taboru dövlət çevrilişinə cəhd hazırlamaqda şübhəli bilinir. Radio əlavə edib ki, hərbi birləşmənin keçmiş muzdlusu Koşta 2003-cü ilin iyulunda San-Tome və Prinsipidə çevriliş cəhdində iştirak edib və 2009-cu ildə eyni əmələ görə məhkum edilib.

Son xəbərlər

Orphus sistemi