Yuxarı

"Samsung" aeroportlarda "Galaxy Note 7"nin dəyişdirilməsi üzrə məntəqələr açır

Bu cür məntəqələr yoxlama sahələrinin qarşısında yerləşdirilib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Koreya Respublikasının "Samsung" şirkəti aeroportlarda "Galaxy Note 7" samrtfonlarının dəyişdirilməsi üzrə məntəqələr açır.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu cür məntəqələr yoxlama sahələrinin qarşısında yerləşdirilib və orada "Note 7" istifadəçilərinə smartfonlarını dəyişməyi təklif edirlər.

"Samsung" indi Avstraliyada mübadilə məntəqəsinin açıldığını rəsmən təsdiqləyib. Analoji məntəqələrin ABŞ-da da açılması ilə bağlı məlumat var.

Analitiklərin qiymətləndirməsinə görə, "Samsung"un "Galaxy Note 7" model smartfonları geri çağırmasına və istehsalını dayandırmasına baxmayaraq, hələ də 1 milyondan çox smartfon istifadədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi