Sakit Okean Donanması Yapon və Oxot dənizində böyük təlimlərə başlayıb

Sakit Okean Donanması Yapon və Oxot dənizində böyük təlimlərə başlayıb Sakit Okean Donanması 60-dan çox gəmi və 11 mindən çox hərbi qulluqçunun iştirakı ilə iyunun 5-dən 20-dək Yapon və Oxot dənizində praktiki raket və artilleriya atəşi ilə təlimlər keçirəcək.
Digər ölkələr
5 İyun , 2023 08:55
Sakit Okean Donanması Yapon və Oxot dənizində böyük təlimlərə başlayıb

Sakit Okean Donanması 60-dan çox gəmi və 11 mindən çox hərbi qulluqçunun iştirakı ilə iyunun 5-dən 20-dək Yapon və Oxot dənizində praktiki raket və artilleriya atəşi ilə təlimlər keçirəcək.

“Report” xəbər verir ki, təlimlərə 60-dan çox hərbi gəmi və donanmaya yardımçı gəmilər, dəniz aviasiyasına məxsus 35-ə yaxın təyyarə cəlb edilib.

Vurğulanıb ki, hazırda admiral Viktor Liinanın rəhbərliyi altında donanma qüvvələri təyin olunmuş ərazilərdə yerləşdirilib və təlim planlarına uyğun olaraq tapşırıqların praktiki işlənməsinə başlayıb.

Təlimlər zamanı hərbçilər şərti düşmənin sualtı qayıqlarının axtarışı və izlənməsi, praktiki raket və artilleriya atəşi ilə yerüstü və hava hədəflərində döyüş hazırlığını yerinə yetirəcəklər.

Son xəbərlər

Orphus sistemi