Bakı. 2 mart. REPORT.AZ/ Rusiyanın Penza vilayətində mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində 9 nəfər həyatını itirib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları bildirib.
Məlumata görə, mikroavtobus Ulyanovskdan Penza istiqamətində hərəkət edirmiş. Maşında 11 sərnişin olub. Biri uşaq olmaqla, 3 nəfər xəsarət alıb.
Yol-nəqliyyat hadisəsinin başvermə səbəbi araşdırılır.