Rusiyanın göyərtəsində 91 nəfərin olduğu "Tu-154" təyyarəsi Krasnodarda qəzaya uğrayıb - YENİLƏNİB

Rusiyanın göyərtəsində 91 nəfərin olduğu "Tu-154" təyyarəsi Krasnodarda qəzaya uğrayıb - YENİLƏNİB İlklin məlumata görə, təyyarə Suriyanın Latakiya bölgəsinə doğru uçurmuş
Digər ölkələr
25 Dekabr , 2016 08:58
Rusiyanın göyərtəsində 91 nəfərin olduğu Tu-154 təyyarəsi Krasnodarda qəzaya uğrayıb - YENİLƏNİB

Bakı. 25 dekabr. REPORT.AZ/ Rusiyanın göyərtəsində 91 nəfərin olduğu hərbi təyyarəsi Krasnodarda qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" güc strukturlarındakı mənbəyə istinadən məlumat yayıb.

***08:34

Rusiyanın Müdafiə Nazirliyinə məxsus təyyarə "Tu-154" təyyarəsi Soçidə radarlardan itib.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, "Tu-154" təyyarəsində 91 nəfər olub.

"Müdafiə Nazirliyinin Tu-154 təyyarəsi Soçi aeoroportunda səmaya qalxdıqdan 20 dəqiqə sonra radarlardan itib. Onun göyərtəsində təxminən 91 nəfər olub" – deyə mənbə agentliyə bildirib.

İlkin məlumata görə, təyyarə Suriyanın Latakiya bölgəsinə doğru uçurmuş.  

Son xəbərlər

Orphus sistemi