Rusiyanın Kiyevdəki konsulluğuna tüstü şaşkaları atılıb
Digər ölkələr
- 25 avqust, 2018
- 02:34
Bakı. 25 avqust. REPORT.AZ/ Ukraynada naməlum şəxs Rusiyanın Kiyev şəhərindəki konsulluğuna tüstü şaşkaları atıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü yerli "Strana" internet nəşri yazıb.
"Paytaxtın Peçerski rayonunda Rusiyanın Dobrovolçeskie batalyonı, 5 küçəsində yerləşən Ukraynadakı konsulluğuna tüstü şaşkaları atılıb. Hadisə günün ikinci yarısında baş verib", - deyə məlumatda bildirilir.
Nəşr məlumatı diplomatik nümayəndəliyin binasını qoruyan Milli Qvardiyanın əməkdaşına istinadən yayıb. Mənbə deyib ki, naməlum şəxs binaya iki tüstü şaşkası atıb. Bildirilir ki, faktla bağlı "Xuliqanlıq" maddəsi üzrə cinayət işi açılıb.
Kiyev polisinin mətbuat xidməti məlumatı hələ ki, şərh etməyib.
Son xəbərlər
23:31
UEFA Çempionlar Liqası: "Mançester Yunayted" "Sabah"la oyunda hesabı açıb - YENİLƏNİR
Futbol23:30
Əraqçi səudiyyəli həmkarı ilə regiondakı gərginliyi müzakirə edib
Region23:14
Brent neftinin qiyməti 108 dolları ötüb
Energetika23:07
Ukrayna və Kanada 100 illik tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar
Digər ölkələr22:56
"İmişli" heyətini Rafael Vieqaş ilə gücləndirib
Futbol22:51
İran: BAEA-nın qətnaməsi ölkələri nüvə sazişindən çıxmağa sövq edə bilər
Region22:42
İranın zərbələri nəticəsində ABŞ-nin Bəhreyndəki obyektləri zərər görüb
Digər ölkələr22:40
Binəqədidə yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
İnfrastruktur22:11