Rusiyalı aktyor Vitali Şapovalov vəfat edib

Rusiyalı aktyor Vitali Şapovalov vəfat edib Aktyorun son günlər səhhətində ciddi problemlər müşahidə olunub
Digər ölkələr
15 Noyabr , 2017 03:25
Rusiyalı aktyor Vitali Şapovalov vəfat edib
belnovosti.by

Bakı. 15 noyabr. REPORT.AZ/ Rusiyanın teatr və kino aktyoru, RSFSR xalq artisti Vitali Şapovalov keçirdiyi cərrahi əməliyyatdan sonra 79 yaşında vəfat edib.

"Report" TASS-a istinadən xəbərə verir ki, bu barədə mərhumun çalışdığı teatrdan bildiriblər.

Aktyorun son günlər səhhətində ciddi problemlərin müşahidə olunduğu qeyd edilir.

1968-cı ildə Şükin adına Teatr Məktəbini bitirən V.Şapovalov onlarla ekran əsərində rol alıb. Bunlar arasında "Evə gedən yol" filmini, "Kamenskaya" serialını, "Puqaçov"u, "Usta və Marqarita"nı, "Boris Qodunov"u və s. teatr tamaşalarını qeyd etmək olar. 

Son xəbərlər

Orphus sistemi