Rusiyada zəlzələ olub

Rusiyada zəlzələ olub Tuvada baş verən zəlzələdə dağıntı yoxdur
Digər ölkələr
21 Sentyabr , 2017 06:36
Rusiyada zəlzələ olub

Bakı. 21 sentyabr. REPORT.AZ/ Rusiyanın Tuva Respublikasında 4,6 bal gücündə zəlzələ olub.

"Report"un məlumatına görə, bu barədə "İnterfax" Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialına istinadən xəbər verib.

Xəbərə əsasən, yeraltı təkanlar paytaxt Kızıl şəhərindən 262 kilometr cənub-şərqdə, yerli vaxtla saat 19:31-də qeydə alınıb. Zəlzələnin episentri Monqolustanla sərhəddən 13 kilometr aralıda yerləşib.

Dağıntı və ya tələfat yoxdur.

Son xəbərlər

Orphus sistemi