Rusiyada yol qəzası baş verib: xəsarət alanlar var

Rusiyada yol qəzası baş verib: xəsarət alanlar var Hadisənin başvermə səbəbləri araşdırılır
Digər ölkələr
9 Mart , 2017 05:47
Rusiyada yol qəzası baş verib: xəsarət alanlar var

Bakı. 9 mart. REPORT.AZ/ Rusiyada bir neçə nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.

"Report"un məlumatına görə, bu barədə "Gazeta.ru" xəbər verib.

Məlumata görə, hadisə paytaxt Moskvanın şərqində, Boyçovo küçəsində baş verib. Belə ki, iki minik avtomobilinin toqqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanalara yerləşdiriliblər. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Otuz altı yaşlı həmin şəxs helikopterlə xəstəxanaya çatdırılıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi