Yuxarı

Rusiyada Psixonevroloji İnternat yanıb: ölənlərin sayı 21-ə çatıb - YENİLƏNİB

İki korpustan ibarət internatda hadisı zamanı 140 xəstə olub

Bakı. 13 dekabr. REPORT.AZ/ Rusiyanın Voronej vilayətində baş verən yanğın nəticəsində ölənlərin sayı 21-ə çatıb. "Report"un “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, yanğınsöndürənlər 19 nəfərin cəsədini aşkarlayıblar. Daha iki nəfər xəstəxanada ölüb.

Alfyorovka kəndindəki Psixonevroloji İnternatın binası tamamilə yanıb. Xəsarət alan 22 nəfərin xəstəxanalarda olduğu bildirilir. 

*** 06.02

Bakı. 13 dekabr. REPORT.AZ/ Rusiyanın Voronej şəhəri yaxınlığındaki Alfyorovka kəndində yerləşən Psixonevroloji İnternatda baş verən yanğın nəticəsində yeddi nəfər ölüb, 22 nəfər yaralanıb. "Report" “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, yanğın nəticəsində internatın yerləşdiyi bina yararsız vəziyyətə düşüb.

İki korpustan ibarət internatda ümumilikdə 140 xəstə olub. Rusiya İstintaq Komitəsi yanğınla bağlı araşdırma aparır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi