Rusiyada meşə yanğını nəticəsində 23 nəfər ölüb

Rusiyada meşə yanğını nəticəsində 23 nəfər ölüb Yanğın Çinin Daxili Monqolustan vilayətinə də keçib
Digər ölkələr
14 Aprel , 2015 20:10
Rusiyada meşə yanğını nəticəsində 23 nəfər ölüb

Bakı. 14 aprel. REPORT.AZ/ Rusiyanın Sibir və Uzaq Şərq regionlarında tüğyan edən meşə yanğınları nəticəsində minlərlə ailə evsiz qalıb, minə yaxın insan müxtəlif travma və yanıq xəsarətləri alıb. 

"Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bazar günündən başlayan yanğın nəticəsində ən azı 23 nəfər ölüb, onların arasında uşaqlar da var. Yanğınlar Rusiyanın bir neçə regionunun kənd və yaşayış məntəqələrini əhatə edib.  

Hətta yanğın Çinin Daxili Monqolustan vilayətinə də keçib. Çin KİV-inin məlumatına görə, yanğın 30 evə ziyan vurub, yüzədək ailəyə zərər dəyib. 

Son xəbərlər

Orphus sistemi