Rusiyada "Lukoyl"a məxsus neft şaxtası çöküb

Digər ölkələr
  • 14 sentyabr, 2017
  • 13:32
Rusiyada Lukoyla məxsus neft şaxtası çöküb
РИА Новости

Bakı. 14 sentyabr. REPORT.AZ/ Rusiyanın Komi Respublikasındakı Uxta şəhərində yerləşən "Yareqaneft" Neft-Şaxta İdarəsinin 1 nömrəli neft şaxtasında uçqun hadisəsi baş verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində ümumilikdə 109 şaxtaçı torpaq altında qalıb.

İlkin məlumatlara görə, neft şaxtası "Lukoyl" şirkətinin strukturuna daxildir.