Rusiyada terror aktları törətməyi planlaşdıran şəxslər həbs olunub

Rusiyada terror aktları törətməyi planlaşdıran şəxslər həbs olunub Onlar ilkin ifadələrində İŞİD terror qruplaşmasının üzvləri ilə əlaqədə olduqlarını etiraf ediblər
Digər ölkələr
12 Noyabr , 2016 17:14
Rusiyada terror aktları törətməyi planlaşdıran şəxslər həbs olunub

Bakı. 12 noyabr. REPORT.AZ/ Rusiya hüquq-mühafizə orqanları ölkədə terror aktları törətməyi planlaşdıran 10 nəfəri həbs edib. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, saxlanılan şəxslər paytaxt Moskvada və Sank-Peterburqda partlayışlar törətməyi planlaşdırdıqlarını etiraf ediblər. 

Onlar ilkin ifadələrində, həmçinin İŞİD terror qruplaşmasının üzvləri ilə əlaqədə olduqlarını deyiblər.

Həbs olunan şəxslərdən əldəqayırma bombalar, odlu silahlar, döyüş sürsatları və rabitə vasitələri müsadirə olunub.

Son xəbərlər

Orphus sistemi