Rusiyanın Tver vilayətində yerləşən Kiveriçi kəndində çoxuşaqlı ailənin yaşadığı fərdi evdə yanğın baş verib.
“Report” xəbər verir ki, bu barədə Tver vilayətin hökuməti teleqramda məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində evdən çıxa bilməyən 3 azyaşlı uşaq ölüb.