Rusiyada 6 nəfər təyyarənin trapından yıxılaraq xəsarət alıb

Rusiyada 6 nəfər təyyarənin trapından yıxılaraq xəsarət alıb Bakı. 12 fevral. REPORT.AZ/ Çərşənbə axşamı səhər Rusiyanın Barnaul şəhər aeroportunda 6 nəfər təyyarənin trapından yıxılaraq xəsarət alıb.
Digər ölkələr
12 Fevral , 2019 07:25
Rusiyada 6 nəfər təyyarənin trapından yıxılaraq xəsarət alıb

Bakı. 12 fevral. REPORT.AZ/ Çərşənbə axşamı səhər Rusiyanın Barnaul şəhər aeroportunda 6 nəfər təyyarənin trapından yıxılaraq xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat yayıb.

Hadisə Barnauldan Domodedovo hava limanına uçmalı olan "Ural Hava Yolları" aviaşirkətinə məxsus təyyarədə baş verib. Təyyarəyə minən zaman 6 nəfər trapdan yıxılıb. Onlar müxtəlif dərəcəli travmalar alıblar, əsasən də əziliblər. İki nəfər xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi