Yuxarı

Rusiya Yanukoviçi Ukraynaya təhvil verməyəcək

RF baş prokuroru: Biz milli qanunvericilik və beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edəcəyik

Bakı. 10 fevral. REPORT.AZ/ Rusiya tərəfi Ukraynaya keçmiş preziddent Viktor Yanukoviçi təhvil verməycək. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın baş prokuroru Yuri Çayka bildirib. 

"Biz Ukrayna Baş Prokurorluğundan bizə daxil olan həmkarlarımızın sorğusuna mütləq cavab verəcəyik. Cavabımız isə mənfi olacaq, çünki bu şəxslərin cinayətə cəlb olunmasında siyasi motivlərin mövcud olduğunu düşünürük", - Y.Çayka qeyd edib. 

O xatırladıb ki, Rusiya qanunvericiliyində və beynəlxalq hüquq normalarına dair sənədlərdə hər hansı bir şəxsə qarşı irəli sürülən ittihamlarda siyasi xarakter olduğu halda həmin şəxslərin xarici ölkələrə ekstradisiya olunmaması qeyd olunub. "Öz hərəkətlərimizdə biz milli qanunvericilik və beynəlxalq hüquq normalarına istinad edəcəyik", - Rusiya baş prokuroru vurğulayıb. 

Bir müddət əvvəl məlumat verilib ki, Ukrayna Baş Prokurorluğu  sabiq prezident V.Yanukoviç, sabiq baş nazir Nikolay Azarov və keçmiş maliyyə naziri Yuri Korobovun ekstradisiyası ilə bağlı sənədlərin hazırlıq proseduruna başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi