Rusiya XİN: NATO ölkələrinin xidmət personalı Ukraynada yerləşdirilib

Rusiya XİN: NATO ölkələrinin xidmət personalı Ukraynada yerləşdirilib NATO ölkələrinin xidmət personalı bir müddətdir Ukraynada yerləşdirilib.
Digər ölkələr
28 Fevral , 2024 14:57
Rusiya XİN: NATO ölkələrinin xidmət personalı Ukraynada yerləşdirilib

NATO ölkələrinin xidmət personalı Ukraynada yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.

O bildirib ki, sözügedən hərbi personal Ukrayna Silahlı Qüvvələrinə fəal köməklik göstərir.

M.Zaxarova, həmçinin söyləyib ki, Ukrayna ordusu silah və şəxsi heyət baxımından getdikcə tükənir.

Qeyd edək ki, M.Zaxarova fevralın 21-də NATO-nun birbaşa müharibəyə qoşula biləcəyi barədə xəbərdarlıq etmişdi.

Son xəbərlər

Orphus sistemi