Rusiya Azərbaycandakı növbədənkənar parlament seçkilərindən sonra da
“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məsələyə dair açıqlamasında qeyd olunub.
“Seçkiləri çox sayda yerli (77 mindən artıq) və əcnəbi (883 nəfər), o cümlədən rusiyalı müşahidəçilər izləyib. MDB və ŞƏT müşahidəçilərinin rəyinə görə, seçkilər milli qanunların tələblərinə uyğun keçirilib, vətəndaşların hüquqlarının kobud şəkildə pozulması hallarına rast gəlinməyib. Yeni deputat heyəti ilə də Rusiya Federal Məclisi arasında hər iki dövlətin ənənəvi dostluq və strateji tərəfdaşlığa uyğun sıx konstruktiv əməkdaşlığın davam edəcəyini güman edirik”, - açıqlamada deyilir.