​Rusiya XİN: Hindistan və Pakistanın ŞƏT-ə üzvlüyü proseduru başlaya bilər

​Rusiya XİN: Hindistan və Pakistanın ŞƏT-ə üzvlüyü proseduru başlaya bilər Namizədlər sırasında Azərbaycan və Ermənistan da nəzərdən keçirilir
Digər ölkələr
29 May , 2015 15:18
​Rusiya XİN: Hindistan və Pakistanın ŞƏT-ə üzvlüyü proseduru başlaya bilər

Bakı. 29 may. REPORT. AZ/ Rusiya Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iyulun 9-10-da Ufada baş tutacaq sammiti zamanı Hindistan və Pakistanın quruma yeni üzv qəbul olunması prosedurları ilə bağlı konkret addımların atılacağına ümid edir. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin ŞƏT məsələləri üzrə xüsusi nümayəndəsi, Rusiya XİN-in Asiya və Sakit okean ölkələri ilə əməkdaşlıq departamentinin direktoru Baxtiyer Hakimov açıqlama verib.

"Hər kəs ŞƏT-in genişləndiriləcəyi və ya əksinə, olduğu vəziyyətdə qalacağı haqqında qərarları gözləyir", - B.Hakimov qeyd edib. 

"Amma biz Hindistan və Pakistanın təşkilata qəbulu ilə bağlı prosedurun başlanması üçün müəyyən konkret qərarların qəbul olunacağına ümid edirik. Biz son günlər tərəfdaşlarımızdan ümidverici siqnallar alırıq. Amma bizim təkliflərimiz daha genişdir. O cümlədən 12 ölkə təşkilata bu və ya digər qisimdə daxil olmaq niyyətindədir. Namizədlər sırasında Azərbaycan və Ermənistan da nəzərdən keçirilir. İran tamhüquqlu üzv kimi daxil olmaq istəyir, Belarus müşahidəçi statusunda iştirakını təmin etmək niyyətindədir. Müraciət edən ölkələr arasında Nepal, Kamboca da var, bu yaxınlarda Suriya və Misir təşkilata müraciət edib", - diplomat bildirib.

Son xəbərlər

Orphus sistemi