Rusiya Ukrayna vətəndaşlarına qarşı miqrasiya qaydalarını sərtləşdirib

Rusiya Ukrayna vətəndaşlarına qarşı miqrasiya qaydalarını sərtləşdirib Moskva Ukrayna sakinlərinə tətbiq edilən "güzəştli miqrasiya rejimini" ləğv edib
Digər ölkələr
1 Noyabr , 2015 05:09
Rusiya Ukrayna vətəndaşlarına qarşı miqrasiya qaydalarını sərtləşdirib

Bakı. 01 noyabr. REPORT.AZ/ Noyabrın 1-dən etibarən Ukrayna vətəndaşları Rusiya ərazisində müvafiq icazə sənədi olmadan 90 gündən artıq qala bilməcək.

"Report"un "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, rəsmi Moskva Ukrayna sakinlərinə tətbiq edilən "güzəştli miqrasiya rejimini" ləğv edib.

Qərara əsasən Rusiyada yarım il ərzində 90 gündən artıq qalmaq istəyən Ukrayna vətəndaşları iş yerindən arayış və ya yaşadıqları ünvan üzrə qeydiyyat sənədini təqdim etməlidirlər.

Yeni qaydalara "uyğunlaşmaq" üçün ukraynalılara bir ay vaxt verilib.

Qaydalara əməl etməyən əcnəbilərə müxtəlif cərimələr tətbiq ediləcək, lazım gələrsə deportasiya mexanizmi də işə salınacaq.

Son xəbərlər

Orphus sistemi