Rusiya Suriyanın Tartus limanını 49 illik icarəyə götürüb

Rusiya Suriyanın Tartus limanını 49 illik icarəyə götürüb Suriyanın Tartus dəniz limanı yaxın həftələrdə nəqliyyat və iqtisadi məqsədlər üçün 49 il müddətinə Rusiyaya icarəyə veriləcək.
Digər ölkələr
21 Aprel , 2019 04:19
Rusiya Suriyanın Tartus limanını 49 illik icarəyə götürüb

Suriyanın Tartus dəniz limanı yaxın həftələrdə nəqliyyat və iqtisadi məqsədlər üçün 49 il müddətinə Rusiyaya icarəyə veriləcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya baş nazirinin müavini Yuri Borisov Suriya prezidenti Bəşər Əsədlə görüşdən sonra deyib.

Onun sözlərinə bu barədə qərar hələ 2018-ci ilin dekabrında hökumətlərarası komissiyanın iclasında qəbul olunub.

Borisov hesab edir ki, bu addım qarşılıqlı mal dövriyyəsinə ciddi təkan verəcək.

"Ümid edirəm ki, bu, hər şeydən əvvəl Suriya iqtisadiyyatının lehinə olacaq", - deyə Baş nazir müavini bildirib.

Son xəbərlər

Orphus sistemi