İtaliya XİN Rusiya səfirini çağırdığını təsdiqləyib

İtaliya XİN Rusiya səfirini çağırdığını təsdiqləyib Rusiyanın İtaliyadakı səfiri Sergey Razov ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Digər ölkələr
2 Oktyabr , 2022 19:54
İtaliya XİN Rusiya səfirini çağırdığını təsdiqləyib

İtaliya Xarici İşlər Nazirliyi bazar ertəsi Rusiyanın respublikadakı səfiri Sergey Razovun çağırılmasını təsdiqləyib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu təşəbbüs İtaliyanın diplomatik mənbələrinə əsasən, "Aİ ilə razılaşdırılıb".

Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın Romadakı səfirliyi missiya rəhbərinin İtaliya Xarici İşlər Nazirliyinə çağırıldığını bildirib. Səfirlikdən bildiriblər ki, söhbət nəticəsində şərh hazırlanacaq.

14:02

Rusiyanın Romadakı səfiri Sergey Razov İtaliyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın İtaliyadakı Səfirliyi məlumat yayıb.

Səfirlikdən bildirilib ki, nəticələr əsasında şərh hazırlanacaq.

Qeyd edək ki, sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində “referendum” keçirilib. Elan olunan nəticələrə görə “referendum”da iştirak edənlərin böyük əksəriyyəti həmin vilayətlərin Rusiyaya birləşdirilməsini dəstəkləyib.

Rəsmi Kiyev, beynəlxalq təşkilatlar və dünyanın heç bir ölkəsi “referendum”ların nəticəsini tanımayıb. Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin "suverenliyi"nin və "müstəqilliyi"nin tanınması haqqında fərman imzalayıb.

İtaliya dörd yeni bölgənin Rusiyaya daxil olmasını qətiyyətlə pisləyib və Ukraynanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə dəstək elan edib.

Son xəbərlər

Orphus sistemi