KİV: Ukrayna ordusu Soledardan geri çəkilir - YENİLƏNİB-2
- 13 yanvar, 2023
- 14:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna ordusu Soledar qəsəbəsindən geri çəkilir.
"Report" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Telekanal jurnalistlərin Ukrayna ordusunun mütəşəkkil şəkildə geri çəkildiyinin şahidi olduğunu bildirib.
15:30
Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Rusiya Müdafiə Nazirliyinin Soledar qəsəbəsinin ələ keçirilməsi ilə bağlı iddialarını təkzib edib.
“Report” UNIAN-a istinadən xəbər verir ki, o, vəziyyətin nəzarət altında olduğunu bildirib.
“Amma ərazidə durum ağırdır. “Vaqner” muzdlu hərbi təşkilatının döyüşçüləri Soledarda ciddi itki veriblər”, - o deyib.
O.Reznikov vurğulayıb ki, “Vaqner”çilərin rəhbəri Yevgeni Priqojin muzdlularının Rusiya ordusundan daha effektiv olduğunu göstərməyə çalışır: “Priqojini ancaq pul maraqlandırır. Buna görə də onun yaraqlıları inadla Avropanın ən böyük duz mədənlərinin yerləşdiyi Soledarı ələ keçirməyə çalışırlar”.
14:55
Rusiya Silahlı Qüvvələri yanvarın 12-də axşam saatlarında Ukraynanın Soledar şəhərini nəzarətə götürüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Soledara nəzarət Ukrayna qoşunlarının Baxmut şəhəri istiqamətində təchizatını kəsməyə imkan verir.