Yuxarı

Rusiya hərbi aviasiyası Suriyanın yaşayış məntəqəsinə zərbə endirib: 11 ölü, 25 yaralı

Yaralılar səhra hospitallarına yerləşdiriliblər

Bakı. 16 oktyabr. REPORT.AZ/ Rusiya Hərbi Hava Qüvvələri Suriya müxaliflərinin nəzarəti altında olan İdlib vilayətinin Tırmanin yaşayış məntəqəsinə zərbə endirib.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.

Məlumata görə, aviasiya zərbəsi nəticəsində 11 nəfər həlak olub. Mülki müdafiə qüvvələrinin nümayəndəsi Vasik Harak bildirib ki, hava zərbələri nəticəsində daha 25 nəfər xəsarət alıb.

Yaralılar səhra hospitallarına yerləşdiriliblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi