Rusiya, Fransa, Ukrayna və Almaniya liderləri arasında telefon danışığı olub

Rusiya, Fransa, Ukrayna və Almaniya liderləri arasında telefon danışığı olub Üç ölkə lideri Putindən Savçenkonun azad edilməsinin xahiş ediblər
Digər ölkələr
3 Mart , 2015 02:09

Bakı. 3 mart. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin ötən axşam Fransalı həmkarı Fransua Olland, Almaniya kansleri Angela Merkel və Ukrayna dövlət başçısı Pyotr Poroşenko ilə telefon danışığı aparıb.

"Report"un "Gazeta.Ru" saytına istinadən yaydığı xəbərə görə, danışıqlar zamanı hazırda Rusiyada həbsdə olan və aclıq aksiyası keçirən Ukraynalı pilot Nadejda Savçenkonun azad edilməsi mövzusu müzakirə olunub. Üç ölkə lideri Putindən Savçenkonun azad edilməsinin xahiş ediblər.

Söhbət əsnasında Ukraynanın şərqində beynəlxalq müşahidəçilərin yerləşdirilməsi məsələsinə də toxunulub.

Son xəbərlər

Orphus sistemi