Rusiya ABŞ-ın Yutadan olan senatoruna viza verib

Rusiya ABŞ-ın Yutadan olan senatoruna viza verib Rusiya bu həftə ABŞ Konqresinin Yuta ştatından olan respublikaçı senatoru Mayk Liyə viza verib.
Digər ölkələr
4 Sentyabr , 2019 04:25
Rusiya ABŞ-ın Yutadan olan senatoruna viza verib

Rusiya bu həftə ABŞ Konqresinin Yuta ştatından olan respublikaçı senatoru Mayk Liyə viza verib.

"Report" xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.

Qeyd olunur ki, Li sentyabrın 5-dən 8-dək Rusiyaya səfər etmək niyyətindədir. O, işgüzar dairələrin nümayəndələri, eləcə də ABŞ-ın Rusiyadakı səfiri Con Hantsmanla görüşməyi planlaşdırır.

Bundan öncə Rusiya ABŞ Konqresinin respublikaçı senatoru Ron Consona viza verməkdən imtina edib.

Son xəbərlər

Orphus sistemi