Bakı. 15 fevral. REPORT.AZ/ Rusiya Əfqanıstanda vəziyyətin tənzimlənməsi üzrə ABŞ-ın təşəbbüsünə qoşulmayacaq.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyi bildirib.
Məlumata görə, Əfqanıstan məsələsinə dair Rusiya özü danışıqlar prosesi təşkil etməyə hazır olduğunu vurğulayıb.