Haaqa
“Report” xəbər verir ki, bu barədə RİA “Novosti”yə bu işdə Rusiyanın maraqlarını təmsil edən Beynəlxalq Hüquqi Müdafiə Mərkəzinin rəhbəri Andrey Kondakov məlumat verib.
Qərar qəbul edildikdən sonra Rusiya Ədliyyə Nazirliyindən bildirilib ki, Rusiya bu prosesdə qanuni maraqlarını qorumağa davam edəcək.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Haaqa Arbitraj Məhkəməsi “Yukos” şirkətinin keçmiş səhmdarlarının iddiasını yekdilliklə təmin edərək Rusiyanı onlara 50 milyard ABŞ dollar ödəməyə məcbur edən qərar çıxarıb. Rəsmi Moskva bu qərardan etiraz edib. 2016-cı ilin aprelində Haaqa Dairə Məhkəməsi işin Haaqa Arbitraj Məhkəməsinin səlahiyyəti xaricində olduğunu əsas gətirərək qərarı ləğv edib. Bundan sonra şirkətin sabiq səhmdarları 2016-cı ilin iyul ayında Haaqa Apellyasiya Məhkəməsinə müraciət edib və Haaqa Arbitraj Məhkəməsinin qərarının bərpa edilməsini tələb ediblər.