Rumıniyanın sabiq prezidenti Basesku Moldova vətəndaşlığından məhrum edilib

Rumıniyanın sabiq prezidenti Basesku Moldova vətəndaşlığından məhrum edilib Hakimlərin qərarı qətidir və ondan şikayət verilə bilməz
Digər ölkələr
8 Aprel , 2017 14:12
Rumıniyanın sabiq prezidenti Basesku Moldova vətəndaşlığından məhrum edilib

Bakı. 8 Aprel. REPORT.AZ/ Moldova Apellyasiya Palatası ölkə prezidenti İqor Dodonun Rumıniyanın sabiq prezidenti Trayan Baseskunun Moldova vətəndaşlığından məhrum edilməsi barədə fərmanını qüvvədə saxlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Moldova rəhbərinin hüquqi məsələlər üzrə müşaviri Maksim Lebedinski bildirib.

Onun sözlərinə görə, hakimlərin qərarı qətidir və ondan şikayət verilə bilməz.

T.Basesku Moldova pasportunu 2016-cı ilin noyabrında alıb.

Son xəbərlər

Orphus sistemi