Rumıniyada hərbi maşın dərəyə aşıb, ölən və yaralananlar var - VİDEO

Digər ölkələr
  • 29 iyun, 2017
  • 23:00
Rumıniyada hərbi maşın dərəyə aşıb, ölən və yaralananlar var - VİDEO

Buxarest. 30 iyun. REPORT.AZ/ Rumıniyanın Argeş rayonunun Valea Urdei yaşayış məntəqəsi yaxınlığında hərbçiləri daşıyan maşın qəzaya uğrayıb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Cincu yaşayış məntəqəsi yaxınlığındakı poliqondan Campulung rayonuna kolonla gedən 4 maşından sonuncusu, içərisində 13 hərbçinin olduğu nəqliyyat vasitəsi 40 metrlik hündürlükdən dərəyə aşıb.

Hadisə yerinə gələn xilasedicilər 10 hərbçinin həyatını xilas ediblər. Qəza nəticəsində həlak olan 3 hərbçidən birinin – sürücünün cəsədi çıxarılıb. Digər iki meyitin maşından çıxarılması istiqamətində işlər davam edir. Yaralılar Braşov və Campulung rayonlarındakı mərkəzi xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri ağır olan 6 hərbçi isə paytaxt Buxarestin Floreasca xəstəxanasına gətiriləcək.

Faktla bağlı araşdırma aparılır.

Rumıniyada hərbi maşın dərəyə aşıb, ölən və yaralananlar var - VİDEO